"İranda Britaniya əsilli İran vətəndaşı Əlirza Əkbərinin edam edilməsi məni dəhşətə gətirir".
Bizim.Media xəbər verir ki, bununla bağlı Britaniyanın baş naziri Rişi Sunak "Twitter"də paylaşım edib.
"Bu, öz xalqının insan haqlarına hörmətlə yanaşmayan vəhşi bir rejim tərəfindən həyata keçirilən barbar və qorxaqcasına bir addım idi. Düşüncələrim Əlirzanın dostları və ailəsi ilədir" - deyə baş nazir qeyd edib.

Bizim.Media