Cənubi Koreyada 40-dan çox avtomobilin toqquşması nəticəsində azı 25 nəfər xəsarət alıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı TASS agentliyi yayıb. Məlumata görə, xəstəxanaya yerləşdirilən 4 nəfərin vəziyyəti ağırdır.
Qəza Seuldan 46 km qərbdə, Puçxon bölgəsindəki magistral yolda baş verib.
Qəzaya səbəb yolların buz bağlaması olub.
Bizim.Media