Qərb ölkələri ilə Rusiya arasında münasibətlər Ukraynada müharibə bitdikdən sonra da normallaşmayacaq.
Bizim.Media xəbər verir ki, bu fikirləri Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq “Handelsblatt” qəzetinə müsahibəsində səsləndirib.
“Əvvəlki kimi olmayacaq. Ukraynada silah səsləri kəsilsə belə, Rusiya ilə münasibətlərimizin normallaşacağını gözləməməliyik”, deyə o vurğulayıb.
Baş katib həmçinin qeyd edib ki, Qərb sərəncamında böyük resurs olan Rusiyanı “kiçiltməməlidir”.
Bizim.Media