Səudiyyə Ərəbistanlı alimi “Twitter” və “WhatsApp”dan istifadə etdiyinə görə ölüm cəzası gözləyir.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “The Guardian” nəşri yayıb.
Məhkəmə sənədlərinə görə Səudiyyə Ərəbistanında tanınmış hüquq professoru Twitter hesabına sahibdir və WhatsApp-dan istifadə etməklə krallığa “düşmən” sayılan xəbərləri paylaşıb.
65 yaşlı Avada Əl-Karni 2017-ci ilin sentyabrında həbs edilib.
Prokurorlar iş üzrə ölüm cəzası istəyiblər, lakin məhkəmə hələ ki, rəsmi hökm çıxarmayıb.
Bizim.Media