Almaniyanın qərbindəki Lütserat yaşayış məntəqəsində ekoloji fəalların etiraz aksiyasına 10 min adam toplaşıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir, aksiyada insan sayının artacağı gözlənilir.
Məlumata görə, radikal nümayişçilərdən bəziləri polislə toqquşub. Hüquq-mühafizə orqanlarının əməkdaşlarına daş, butulka və pirotexniki vasitələr atılıb.
Etirazçılara isveçli ətraf mühit fəalı Qreta Tunberq də qoşulub.
Bizim.Media