Ukrayna Prezidenti Vladimir Zelenski ilə Böyük Britaniyanın Baş naziri Rişi Sunak arasında telefon danışığı olub.
Bizim.Media xəbər verir ki, bu barədə V. Zelenski rəsmi “Twitter” hesabında məlumat verib.
Ukrayna lideri güclü dəstəyə görə Britaniyanın hökumət başçısına təşəkkür edib: “Böyük Britaniyanın güclü dəstəyi sarsılmazdır”.
Tərəflər döyüş meydanındakı mövcud vəziyyəti də müzakirə ediblər.
Bizim.Media