Litva Seymi Ukrayna Prezidenti Volodimir Zelenskini Azadlıq Mükafatı ilə təltif edib.
Bizim.Media “RBC-Ukraina”ya istinadən xəbər verir ki, Ukraynanın Litvadakı səfiri Petro Beşta prezidentin adından mükafatı qəbul edib.
Ukrayna Prezidentini mükafata görə təbrik edən Litva Respublikasının rəhbəri Gitanas Nauseda qeyd edib ki, Zelenskinin rəhbərliyi həm ukraynalıları, həm də Qərb liderlərini müharibəni mümkün qədər tez bitirmək üçün daha çox iş görməyə ruhlandırıb. O, bu mükafatın həm də bütün Ukrayna xalqı üçün nəzərdə tutulduğunu qeyd edib.
Bizim.Media