Yaxın həftələrdə Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen Ukraynaya işgüzar səfərə gələcək.
Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal şəxsi teleqram kanalında məlumat verib.
Şmıqal qeyd edib ki, AK rəhbərini Avropanın 10 komissarı müşayiət edəcək:
“Avropa nümayəndə heyətinin səfəri təkcə müharibədə Ukraynaya gələcək dəstəyin vacib siqnalı olmayacaq, həm də Aİ-nin Ukraynanın üzvlüyü ilə bağlı danışıqlar prosesinə açıq olduğunu nümayiş etdirəcək”.
Bizim.Media