ABŞ-nin keçmiş Prezidenti Donald Trampın əmlak şirkəti olan “Trump Organization” 1,6 milyon dollar (3 milyon AZN) cərimələnib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb əmlak şirkətinin ötən ilin dekabrında fırıldaqçılıq və biznes qeydlərini saxtalaşdırmaqda təqsirli bilinməsidir.
17 cinayətdə təqsirli bilinən şirkət 1,6 milyon dollar (3 milyon AZN) cərimələnib.
Həmçinin, şirkət vergidən yayınma ittihamı ilə də mühakimə edilib.
Qeyd edək ki, həmin şirkətin maliyyə direktoru 5 ay müddətinə həbs olunub.
Bizim.Media