Balıq tutmaq üçün dənizə gedən balıqçılar kiçik bir buz örtüyünün üstündə köməksiz vəziyyətdə qalıblar.
Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə Saxalin adasında baş verib.
Balıq tutmağa çalışan balıqçılar buzun qırılması ilə geri qayıda bilməyib, saatlarla xilas edilməyi gözləyiblər.
Bir neçə saat sonra xilasedicilər tərəfindən qurtarılan balıqçıların həmin qorxulu anları fotolarda əks olunub.
Bizim.Media