Rusiyanı tərk edən (Rusiya Federasiyasında xarici agent kimi tanınan) Maksim Qalkin Dubayda çıxış etdiyi səhnədən ukraynayönlü şüar səsləndirib.
Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.
Kadrlarda Qalkin “Məndən neytral olmağı tələb etdilər, bəs mən necə bitərəf ola bilərəm? Qəhrəmanlara eşq olsun!” – deyib.
Qeyd edək ki, Rusiya Ədliyyə Nazirliyi Maksim Qalkini “xarici agent” kimi siyahıya daxil edib. Aktyorun siyasi fəaliyyətlə məşğul olduğu və bunun üçün Ukraynadan pul aldığı iddia edilir.
Bizim.Media