İsrailin Baş naziri Binyamin Netanyahu tezliklə Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) ilk rəsmi səfərini etməyi planlaşdırır.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu səfər Netanyahunun İsrail hökumətinin başçısı postuna qayıtdıqdan sonra ilk xaricə səfəri olacaq.
Bildirilib ki, hazırda gələn həftə üçün planlaşdırılan səfərin təfərrüatları üzərində iş aparılır.
Bizim.Media