İranda Məhsa Əmininin "Əxlaq" polisi tərəfindən öldürülməsi səbəbilə keçirilən etiraz aksiyalarının başladığı günlərdə dayandırılan polisin avtomobil sahiblərinə göndərdiyi “hicab pozuntusu mesajı” bərpa edilib.
Bizim.Media xəbər verir ki, məcburi hicab qaydasını pozan nəqliyyat vasitəsi sahiblərinin telefonlarına xəbərdarlıq mesajları göndərilməyə başlanılıb.
Müraciətə əsasən, təkrar qayda pozuntusu halında nəqliyyat vasitəsinin sahibi mühafizəyə çağırılır.
Qeyd edək ki, aksiyalar fonunda 550-yə yaxın insan hökumət qüvvələri tərəfindən öldürülüb.
Bizim.Media