12 yaşlı bir uşağın mədəsindən 54 maqnit topu uzunmüddətli çətin bir əməliyyatla çıxarılıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, hadisə İngiltərədə baş verib.
12 yaşlı Rayli Morrison adlı uşaq maqnitlərin bədəninin xaricindəki metalları tutub-tutmayacağını bilmək üçün təhlükəli bir sınaq keçirib. Belə ki, o, 54 maqnit topu udub. Daha sonra isə halı pisləşərək xəstəxanaya aparılıb.
Həkimlər 4 saatlıq əməliyyatdan sonra maqnitləri uşağın mədəsində çıxarıblar.
Bizim.Media
