Berlin Ukraynanın Almaniyada sülh konfransı keçirmək təklifini dəstəkləyib.
Bizim.Media xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Kristofer Burger bildirib.
“Prinsipcə, Rusiya təcavüzünün dayandırılması ilə bağlı istənilən təklif yaxşı və düzgündür”, - deyə sözçü qeyd edib.
Bununla belə, o vurğulayıb ki, belə bir konfransın yaxın gələcəkdə keçirilə biləcəyi ehtimalı azdır, çünki “Rusiya özünün ilkin hərbi məqsədlərindən əl çəkmə əlamətləri göstərmir”.
Bizim.Media