Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə BMT-nin baş katibi Antonio Quterreş arasında elefon danışığı baş tutdu.
Bizim.Media Türkiyə KİV-nə istinadən xəbər verir ki, telefon danışığı zamanı yerli və beynəlxalq bir sıra məsələlər müzakirə olunub.
Belə ki, tərəflər Ukraynada baş verən müharibə, Əfqanıstandakı son vəziyyət, Suriyaya humanitar yardımın göstərilməsi və "taxıl sazişi" nin gələcək hədəflərindən danışıblar.
Bizim.Media