İstanbulun Asiya hissəsində yerləşən Sabiha Gökçen hava limanında uçuşlar müvəqqəti olaraq dayandırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı TRT telekanalı yayıb.
Telekanalın məlumatına görə, bu tədbirlər uçuşların və hava qovşağının təhlükəsizliyini təmin etmək məqsədilə yaxınlıqda yerləşən Tuzla rayonundakı qaz kəmərində baş verən partlayışla əlaqədar həyata keçirilib.
Qəza texniki işlər zamanı qeydə alınıb.
Təyyarələr şəhərin Avropa hissəsində yerləşən İstanbul Beynəlxalq Hava Limanına göndərilir.
Bizim.Media