ABŞ-da qar fırtınası nəticəsində azı 50 nəfər həlak olub.
Bizim.Media xəbər verir ki, bu barədə NBC News telekanalı məlumat yayıb.
Məlumata görə, Nyu-York ştatının qərbində bir metrdən çox qar yağan Buffalo şəhərində 14 nəfər ölüb.
Həmçinin, ABŞ-nın 12 ştatının sakinlərinin pis hava şəraitinin qurbanı olduğu bildirilib.
Qeyd edilib ki, fırtına səbəbindən ABŞ-da yüz minlərlə yerli sakin işıqsız qalıb.
Bizim.Media