“Şahed” dronu müqabilində Rusiya Federasiyası İrana 24 ədəd Su-35 qırıcısı verəcək.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “İsrailİnfo” nəşri yayıb.
Mənbə yazır ki, əvvəlcə bu təyyarələr Misir üçün nəzərdə tutulmuşdu, lakin ABŞ Qahirəni sövdələşmədən imtina etməyi bacarıb. Ruslar isə təyyarə üçün yeni alıcı tapıb.
Qeyd edək ki, Kreml Tehrandan aldığı dronları Ukraynaya qarşı müharibədə istifadə edir.
Bizim.Media