Okamponun video-etirafı: “Borrel mənim komandamın üzvüdü”, “Paşinyanı uzaqlaşdırmaq lazımdır” – VİDEO

Avropa siyasətində rəzillik davam edir.

Bizim.Media xəbər verir ki, “Minval Politika”nın əldə etdiyi sensasiyalı video görüntülər Avropa qurumlarında erməni lobbisinin fəallığının və Avropa İttifaqının yüksək rəhbərliyində korrupsiyanın hansı həddə çatdığını tam çılpaqlığı ilə göstərir. Söhbət BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin sabiq prokuroru Luis Ocampo və onun oğlu Tomasın əks olunduğu video görüntülərdən gedir. Onların hər ikisi öz məqsədləri və bu məqsədlərə çatmaq üçün istifadə etdikləri alətlər barədə çox açıq və çılpaqlığı ilə danışırlar.


Əvvəlcə gəlin görək Luis Okampo kimdi? Azərbaycan auditoriyasına onu xüsusi tanıtmağa ehtiyac duymuruq. Argentina vətəndaşı, prokuror vəzifəsini böyük qalmaqalla tərk edən bu şəxs son illər pullu erməni lobbiçisinə çevrilib. Bu şəxs yeni sponsorlarının sifarişlərini yerinə yetirmək üçün hər şeyə hazırdır — açıq-aydın feyklər yaymağa da, yalanlar danışmağa da, ksenofobiya və islamofobiya üzərindən manipulyasiyalara da. Onun bu utanc verən fəaliyyəti haqda biz çox danışmışıq.

Lakin indi istefada olan prokuror ətrafındakı qalmaqal yeni rənglər almağa başlayır. Okamponun oğlu söhbət zamanı açıq şəkildə məqsədlərini açıqlayır: “Bizim nail olmalı olduğumuz şey — Paşinyanı, yəni baş naziri uzaqlaşdırmaqdır”.


Daha maraqlısı isə Luis Okamponun özünün açıqlamalarıdır. Videoda da göründüyü kimi, o çəkinmədən bildirir: “Əgər belə işlərlə məşğul olan bir şirkətim varsa, bunu maya dəyərinə edə bilərik. Məsələn, hazırda mənim komandamda əvvəllər Avropa Parlamentinin üzvü olmuş çox bacarıqlı bir adam var. O, hüquqi müşavir olub…” Həmsöhbət dəqiqləşdirir: “Borrel?” Okampo isə heç bir tərəddüd etmədən cavab verir: “Bəli, elə həmin Borrel. Bu adam indi mənim üçün Avropa Parlamentində işləyir. Mən orada çıxış edə, suallar qaldıra, onları yönləndirə və komissar fon der Lyayenə təzyiq göstərə, beləliklə Avropa siyasətini formalaşdıra bilərəm”.

Videoyazıları və onların mətnini təqdim edirik:

 
Luis Moreno Okampo: Əgər mənim bu cür işlərlə məşğul olan bir şirkətim olsa, biz bunları maya dəyərinə edə bilərik. Məsələn, hazırda komandamda çox güclü bir mütəxəssis var — o, vaxtilə Avropa Parlamentinin üzvü olub. O, hüquqi məsləhətçisi idi

Həmsöhbət: Borrell?

Luis Moreno Okampo: Hə, Josep Borrell. Deməli, bu şəxs indi mənim üçün Avropa Parlamentində çalışır. Və orada — Avropa Parlamentində mən müraciət edə, etiraz edə, birbaşa suallar ünvanlaya və Ursula von der Leyenə təzyiq göstərə bilərəm, beləcə Avropa siyasətinə təsir etmək mümkündür.

… Bundan başqa bir məsələ də ortaya çıxıb — əvvəllər bilmədiyim bir şey. Tamamilə yenidir: Avropa Ədalət Məhkəməsi çərçivəsində Komissiyanı Azərbaycanla bağlanmış müqavilənin ləğvinə məcbur etmək üçün bir iş qaldırılıb. Səbəb isə odur ki, müqavilədə Azərbaycanın insan hüquqlarına riayət etməsini tələb edən bənd var və iddiaya görə bu şərtə əməl olunmur.

Beləliklə, mən özüm üçün yeni bir fəaliyyət sahəsi açmış oluram. Niyə bu məhz indi vacibdir? Çünki Avropa İttifaqı hazırda daha böyük əhəmiyyət daşıyır — Donald Tramp artıq müəyyən mənada, məhdudiyyətləri aradan qaldırır. Biz artıq hazırlanmış bir xətt üzrə irəliləyirik. Təzyiqi artırırıq və mən bunu ABŞ-dakı erməni lobbisi ilə birlikdə edəcəyəm. Beləliklə, biz orada daha real, həyata keçirilə bilən bir istiqamətdə təkan veririk. Mən divarı dağıtmalı deyiləm — qapı artıq açıqdır, biz sadəcə onu açırıq.

Tomas Moreno Okampo (oğlu): Bizim işimiz insanları koordinasiyasını təşkil etmək idi ki, onlara “baxın, görün nələr baş verir” deyib hamını məlumatlandıraq. Nələrin baş verdiyini anlamalarına kömək etmək. Məsələn, bu gün bir görüş oldu. Bu gün aktivistlərlə, iş adamları ilə, bu iş üzərində çalışan insanlarla, ümumilikdə ermənilərlə bağlı vəziyyət üzrə işləyənlərlə görüş var idi, düzdür? Dağlıq Qarabağ erməniləri ilə bağlı. Onlardan biri, gənc bir qadın, sosial media kampaniyasına rəhbərlik edir — çünki Ermənistanda hazırda böyük bir qarışıqlıq var. Seçkilərlə bağlı daxili mübahisələrin olduğu dərin qarışıqlıq. Beləliklə, bizim nail olmalı olduğumuz şey Paşinyanın, Baş nazirin hakimiyyətdən uzaqlaşdırılmasıdır.

Həmsöhbət:
Prezidenti?

Tomas Moreno Okampo: Biz onu uzaqlaşdırmalıyıq.

Göründüyü kimi, Okamponun planları kifayət qədər genişdir: Avropa Məhkəməsi vasitəsilə Avropa Komissiyasını Azərbaycanla müqavilənin ləğvinə məcbur etmək və ABŞ-dakı erməni lobbisi ilə əlaqəli şəkildə təzyiqi artırmaq. Görünür, əsas alət isə “insan hüquqları” mövzusunda spekulyasiyalardır.

Bu isə artıq çox ciddi məsələdir. Əslində, söhbət Ermənistanın daxili işlərinə kobud müdaxilədən və regional sülhə və təhlükəsizliyə zərbə vurmaq cəhdlərindən gedir. Açıq desək, Luis Okampo erməni lobbisinin maliyyə dəstəyi və sifarişi ilə regional sülhə və Azərbaycana qarşı kampaniya aparır və bu kampaniyaya Avropa siyasətçiləri və Rusiyada yaşayan erməni oliqarxlar geniş şəkildə cəlb olunub.

Üstəlik, bu çirkli kampaniyanın əsas fiqurlarından biri Avropa diplomatiyasının sabiq rəhbəri Jozep Borrel və onun ətrafıdır. Redaksiyamızda bu kampaniyada iştirak edən digər Avropa Parlamenti deputatları və Aİ-nin yüksək vəzifəli şəxsləri barədə də məlumatlar var.

Kampaniyanın maliyyələşdirilməsi əsasən Rusiyada yaşayan erməni oliqarxlar — Samvel Karapetyan, Ruben Vardanyan və digərləri tərəfindən həyata keçirilib. Videoda Okamponun oğlunun Ermənistanın siyasi vəziyyəti və baş nazirin devrilməsi planlarını açıq müzakirə etməsi isə xüsusi diqqət çəkir. Görünən odur ki, Okampo, Borrel və digərləri Rusiyanın iştirakı ilə Avropada və Avropa Parlamentində aparılan kampaniya çərçivəsində Ermənistanda hakimiyyət dəyişikliyi, o cümlədən Nikol Paşinyanın devrilməsi ssenarisinin mərkəzində olublar.

Əslində, bu yeganə hal deyil. Minval Politika-nın daha əvvəl yazdığı kimi, bir müddət əvvəl Aİ Ermənistana hibrid təhdidlərə qarşı mübarizə üçün qrup göndərmişdi. Maraqlıdır ki, bu təhdidlərin formalaşmasında Avropa Parlamentinin özü kimi strukturların da rolu ola bilər. Üstəlik, Avropa Parlamentinin müvafiq qətnaməsinin mətni və narrativləri təəccüblü şəkildə Rusiya ritorikası ilə üst-üstə düşür.

Açığını desək, Avropa strukturlarında korrupsiyanın miqyası heç kəsə sirr deyil. Borrelin kimə xidmət etdiyi də məlumdur. Lakin təqdim olunan materiallar yeni sensasiyalı adları və faktları üzə çıxarır.

Ən vacibi isə budur: bu gün hər bir ifşa “dərin feyk” və ya neyroşəbəkə məhsulu kimi təqdim edilməyə çalışıldığı bir dövrdə yaşayırıq. Ona görə biz əvvəlcədən bəyan edirik — təqdim etdiyimiz videomateriallar tamamilə orijinaldır və süni intellekt vasitəsilə heç bir müdaxiləyə məruz qalmayıb. Biz yarana biləcək şübhələri anlayırıq və bir daha qeyd edirik ki, sizə təqdim etdiyimiz görüntülər realdır.

Jurnalist etikası qaydalarına uyğun olaraq, Minval Politika vəziyyətə aydınlıq gətirmək üçün Okamponun mövqeyini də dərc etməyə hazırdır. Həmçinin redaksiya bu qalmaqalla bağlı şərhlər almaq üçün Avropa Parlamenti və Aİ-nin digər institutlarına rəsmi sorğular göndərməyi planlaşdırır.

Biz haqlı olaraq suallarımıza cavab verilməsini gözləyirik. Avropa Parlamenti, Avropa Komissiyası və Belçikanın xüsusi xidmət orqanları təqdim etdiyimiz bu mümkün korrupsiya faktlarını araşdıracaqmı? Bu faktlar təcili və hərtərəfli istintaq tələb edir! Belçika xüsusi xidmət orqanları adı çəkilən şəxslərin Avropa Parlamentində fəaliyyətini araşdırmalı və Borrel, Okampo və digərlərinin iştirakı ilə mümkün korrupsiya sxemlərini üzə çıxarmalıdır. Yəqin ki, Ermənistan mediası da ölkə daxilində bu məsələni araşdırmalı və hibrid təhdidlərə qarşı tədbirlər görməlidir.

Şübhə etmirik ki, biz hələ bu iş üzrə Avropa Parlamentində yeni qalmaqallar və araşdırmaların şahidi olacağıq. Okamponun və onun şəbəkəsinin — erməni lobbisi və satın alınmış avropalı siyasətçilərin — fəaliyyəti açıq şəkildə göstərir ki, onların hədəfi yalnız Bakı deyil. Hədəfdə həm də İrəvan və regionda yaranmaqda olan həssas balansdır. Başqa sözlə, bu, sülh prosesini pozmaq və vəziyyəti idarə olunan destabilizasiya ssenarisinə qaytarmaq cəhdidir.

Ardı var…

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gəmidə yaralanan azərbaycanlıların son durumu AÇIQLANDI

Gəmidə yaralanan azərbaycanlıların son durumu AÇIQLANDI

Prezidentin iştirak etdiyi tədbirdə Məmməd Arazın şeirini dedi

Prezidentin iştirak etdiyi tədbirdə Məmməd Arazın şeirini dedi

DÇ-2026: Çexiya - CAR oyunu başladı

DÇ-2026: Çexiya - CAR oyunu başladı

Netanyahu: “İsrail Livanı tərk etməyəcək”

Netanyahu: “İsrail Livanı tərk etməyəcək”

TƏBİB-dən qızı qəzada ölən vəkilin iddiaları ilə bağlı AÇIQLAMA

TƏBİB-dən qızı qəzada ölən vəkilin iddiaları ilə bağlı AÇIQLAMA

Bakı Bəyannaməsi qəbul edildi - FOTO

Bakı Bəyannaməsi qəbul edildi - FOTO

Şəbnəm Tovuzlunu hansı cəza gözləyir? – VİDEO

Şəbnəm Tovuzlunu hansı cəza gözləyir? – VİDEO

Dövlətin satışa çıxardığı maşınlar rekord qiymətə SATILDI

Dövlətin satışa çıxardığı maşınlar rekord qiymətə SATILDI

Azərbaycanda 76 yaşlı jurnalistə cinayət işi açıldı

Azərbaycanda 76 yaşlı jurnalistə cinayət işi açıldı

Göz qapağına geyiminin zəncirbəndi ilişdi - VİDEO

Göz qapağına geyiminin zəncirbəndi ilişdi - VİDEO

İran TRIPP layihəsinə dəstək vermək niyyətində deyil - FOTO

İran TRIPP layihəsinə dəstək vermək niyyətində deyil - FOTO

Prezident: “Odur ki, yenidən borc götürməyə başladıq”

Prezident: “Odur ki, yenidən borc götürməyə başladıq”

“Ermənilərə Rusiyaya qarşı vuruşmağı öyrədirlər” - Mariya Zaxarova

“Ermənilərə Rusiyaya qarşı vuruşmağı öyrədirlər” - Mariya Zaxarova

Saxta turlarla vətəndaşları aldadan qadın beynəlxalq axtarışa verildi

Saxta turlarla vətəndaşları aldadan qadın beynəlxalq axtarışa verildi

Nazir Rumıniya Prezidentinin müşaviri ilə görüşdü - FOTO

Nazir Rumıniya Prezidentinin müşaviri ilə görüşdü - FOTO

Prezident: “Bu gün sülh artıq reallıqdır”- VİDEO

Prezident: “Bu gün sülh artıq reallıqdır”- VİDEO

60-a yaxın yaşı var, gənc qızlara meydan oxuyur – VİDEO

60-a yaxın yaşı var, gənc qızlara meydan oxuyur – VİDEO

Moskvada mağazaları yanan azərbaycanlı iş adamı: "Çox ziyan dəyib" - VİDEO

Moskvada mağazaları yanan azərbaycanlı iş adamı: "Çox ziyan dəyib" - VİDEO

“Al Jazeera”: Şahbaz Şərifin İsveçrə səfəri LƏĞV EDİLDİ

“Al Jazeera”: Şahbaz Şərifin İsveçrə səfəri LƏĞV EDİLDİ

Yenidən qurulan Ağciyər Xəstəlikləri Xəstəxanasının açılışı oldu - FOTO

Yenidən qurulan Ağciyər Xəstəlikləri Xəstəxanasının açılışı oldu - FOTO

İlham Əliyev: “Dostlarımızın sayı ilbəilartır” - VİDEO

İlham Əliyev: “Dostlarımızın sayı ilbəilartır” - VİDEO

Türkiyə MMN Azərbaycan hərbçiləri üçün təlim keçəcək - FOTO

Türkiyə MMN Azərbaycan hərbçiləri üçün təlim keçəcək - FOTO

İrandan Ermənistana XƏBƏRDARLIQ: “Hədəf ola bilərsiniz!”

İrandan Ermənistana XƏBƏRDARLIQ: “Hədəf ola bilərsiniz!”

Sabah bəzi ərazilər qazsız qalacaq

Sabah bəzi ərazilər qazsız qalacaq

End of content

No more pages to load

RADİO