Məhkumlarla görüşlərlə bağlı YENİLİK

Ədliyyə Nazirliyi məhkumlarla görüşlərin daha çevik təşkil edilməsi məqsədilə “Məhkumlarla görüşlərin onlayn qeydiyyatı” xidmətini istifadəyə verib.

Bu barədə Ədliyyə Nazirliyindən Bizim.Media-ya məlumat verilib. Bildirilib ki, yeni xidmət ziyarətçilərə məhkumlarla görüşlər üçün onlayn qaydada müraciət etməyə, görüşün vaxtını və növünü seçməyə, görüş zamanı gətirilməsi nəzərdə tutulan sovqatın öncədən qeydiyyata alınmasına, həmçinin müraciətin icra statusunu real vaxt rejimində izləməyə imkan yaradır.

Xidmətin əsas məqsədi məhkumlarla görüşlərin qeydiyyatı prosesinin rəqəmsallaşdırılması, vətəndaş məmnuniyyətinin artırılması, habelə penitensiar müəssisələrdə sənəd dövriyyəsinin minimuma endirilməsidir.
 

Qeyd olunub ki, “Məhkumlarla görüşlərin onlayn qeydiyyatı” xidməti Ədliyyə Nazirliyinin rəsmi veb-saytında “Elektron xidmətlər” bölməsində təqdim edilir. Ziyarətçilər xidmətə daxil olaraq və tələb olunan məlumatları dolduraraq müraciət edə bilərlər.


İlk növbədə “myGov ID” və ya şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi ilə identifikasiya həyata keçirilir. Daha sonra görüş üçün onlayn forma (görüşün növü, müəssisə, tarix, iştirakçılar və s.) doldurulur və gətiriləcək sovqatla bağlı məlumat əlavə edilir, müraciət Ədliyyə Nazirliyinin aidiyyəti penitensiar müəssisəsinə göndərilir.

Müəssisə tərəfindən müraciət yoxlanılır və təsdiqləndikdə vətəndaşa SMS bildiriş göndərilir. Görüşlər yalnız əvvəlcədən müəyyən edilmiş tarix və saatda keçirilir.

Hazırda elektron xidmətin pilot qaydada 4 saylı cəzaçəkmə müəssisəsində tətbiqinə başlanılıb. Mərhələli şəkildə Ədliyyə Nazirliyinin bütün penitensiar müəssisələrində xidmətin tətbiqi həyata keçiriləcək.

Qeyd edək ki, yeni elektron xidmət vətəndaşlarla penitensiar müəssisələr arasında qarşılıqlı əlaqəni rəqəmsal mühitə daşıyır və görüş müraciətlərinin şəffaf, sürətli və izlənilə bilən şəkildə idarə olunmasını təmin edir.

Naibə Məmmədova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

DYP-dən nasaz avtomobillərlə bağlı sürücülərə MÜRACİƏT

DYP-dən nasaz avtomobillərlə bağlı sürücülərə MÜRACİƏT

Ərdoğan Antalyada SpaceX rəhbərləri ilə görüşdü

Ərdoğan Antalyada SpaceX rəhbərləri ilə görüşdü

Bəzi rayonlara yağış yağıb - FAKTİKİ HAVA

Bəzi rayonlara yağış yağıb - FAKTİKİ HAVA

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Təhsil krediti verilən tələbələrin SAYI AÇIQLANDI

Təhsil krediti verilən tələbələrin SAYI AÇIQLANDI

Vensin arvadı körpəsi ilə yıxılmaqdan son anda xilas oldu - Video

Vensin arvadı körpəsi ilə yıxılmaqdan son anda xilas oldu - Video

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Dünya çempionatı: Hidayət Heydərov və daha iki cüdoçumuz mübarizəyə başlayır

Dünya çempionatı: Hidayət Heydərov və daha iki cüdoçumuz mübarizəyə başlayır

Qaxda AĞIR QƏZA – Ölən və yaralılar var

Qaxda AĞIR QƏZA – Ölən və yaralılar var

ŞOK: “The New York Times” qəzeti bağlanacaq? – Trampdan açıqlama

ŞOK: “The New York Times” qəzeti bağlanacaq? – Trampdan açıqlama

Dünya bazarında qızıl ucuzlaşdı

Dünya bazarında qızıl ucuzlaşdı

Britaniyada dizel yanacağı bahalaşdı - Məktəb avtobusları işləməyəcək?

Britaniyada dizel yanacağı bahalaşdı - Məktəb avtobusları işləməyəcək?

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

Millətlər Liqası: Fransa Belçikanı məğlub etdi – VİDEO

Millətlər Liqası: Fransa Belçikanı məğlub etdi – VİDEO

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB – VİDEO

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB – VİDEO

Altı il öncə bu gün – 6 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 6 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Bu vətəndaşların kredit borcu silinəcək

Bu vətəndaşların kredit borcu silinəcək

“Bu avtomobil yolu Zəngəzur dəhlizinin alternatividir”

“Bu avtomobil yolu Zəngəzur dəhlizinin alternatividir”

Paytaxtın bəzi əraziləri işıqsız qalacaq – ÜNVANLAR

Paytaxtın bəzi əraziləri işıqsız qalacaq – ÜNVANLAR

YAP tarixində yeni mərhələni diktə edən çağırışlar

YAP tarixində yeni mərhələni diktə edən çağırışlar

Radiatorların qarşısını pərdə ilə tutmaq olmaz – Ustalardan XƏBƏRDARLIQ

Radiatorların qarşısını pərdə ilə tutmaq olmaz – Ustalardan XƏBƏRDARLIQ

Qazaxda yeniyetmələr arasında mübahisə qanla nəticələndi

Qazaxda yeniyetmələr arasında mübahisə qanla nəticələndi

Tovuzda ata oğlunun boğazını bıçaqladı

Tovuzda ata oğlunun boğazını bıçaqladı

Vətən müharibəsinin xronikası: 6 oktyabr – VİDEO

Vətən müharibəsinin xronikası: 6 oktyabr – VİDEO

End of content

No more pages to load

RADİO