Ukrayna Hərbi Dəniz Qüvvələri Kerç körpüsünün mühafizəsində iştirak edən Rusiya katerlərini vurduğunu açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələri məlumat yayıb.
Bildirilib ki, zərbə nəticəsində Rusiya Federal Təhlükəsizlik Xidmətinə məxsus “Sobol” patrul-mühafizə kateri və “Qraçonok” diversiya əleyhinə kateri hədəfə alınıb.
Ukrayna tərəfinin məlumatına görə, zərbə nəticəsində Rusiya qüvvələri arasında ölən və yaralananlar var.
Qeyd olunur ki, həmin katerlər Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin və Rusiya Hərbi Dəniz Donanmasının sahil mühafizəsində istifadə etdiyi əsas vasitələrdəndir.
Bu katerlər Kerç körpüsünün qorunması və diversiya qruplarına qarşı mübarizə üçün cəlb olunurdu.
Bizim.Media