Cənubi Koreyanın “Hyundai” avtomobil konserninin Rusiya avtomobil zavodu (“Hyundai Motor Manufacturing Rus” MMC) işçilərini ixtisar etməyə başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətindən “İnterfaks”a bildirilib:
“İstehsal prosesindəki davamlı dayanmalarla əlaqədar “Hyundai Motor Company” Rusiyada işçi heyətini optimallaşdırmaq üçün addımlar atır. Şirkət işçilər qarşısında bütün sosial öhdəlikləri yerinə yetirəcək”.
Bizim.Media