"Anonymous OpIran" haker qrupu Tehrandakı İmam Xomeyni hava limanının internet səhifəsini sındırıb.
Bizim.Media xəbər verir ki, bu barədə qrup tvitter hesabında məlumat verib.
Həmçinin bildirilib ki, qrup İran gömrükləri ilə əlaqəli PIR sistemini də sıradan çıxarıb.
Qeyd edək ki, "Anonymous OpIran" Məhsa Əmininin ölümündən sonra dövlət təşkilatlarına məxsus internet saytlarına hücumlar təşkil edərək İrana qarşı kampaniyaya başlayan haker qrupudur.
Bizim.Media