Azərbaycan əleyhinə qanunvericilik düzəlişləri ABŞ Konqresində RƏDD EDİLDİ

ABŞ-dakı erməni lobbisinin 2023-cü maliyyə ili üzrə “Milli Müdafiə Maliyyələşmə Qanunu” (National Defense Authorization Act – NDAA) layihəsinə düzəlişlər edilməsi istiqamətində səyləri nəticəsiz qalıb.

Bizim.Media xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasında 2023-cü maliyyə ili üzrə “Milli Müdafiə Səlahiyyət Qanunu” layihəsinin yekun mətni səsverməyə çıxarılıb. Bu qanun ABŞ Müdafiə Nazirliyinin illik büdcəsini və xərclərini müəyyən edən federal qanunlardan biridir.

“Milli Müdafiə Səlahiyyət Qanunu” 80-ni əleyhinə olmaqla, 350 səs çoxluğu ilə qəbul edilib. Qanun layihəsinin qəbulunun əleyhinə səs verənlərin siyahısında ermənipərəst mövqeyi ilə fərqlənən və illər boyu ABŞ-ın Azərbaycan və Türkiyə ilə ikitərəfli münasibətlərinə zərər vurmağa çalışan Adam Şif, Frank Paloun, Cudi Çu və Qus Bilirakis kimi konqres üzvləri var.

Mövcud qaydalara əsasən, qanun layihəsinin yekun mətni ABŞ Senatında da səsverməyə çıxarılaraq qəbul edilməli, daha sonra imzalanmaq üçün Prezidentə təqdim olunmalıdır.
Xatırladaq ki, ABŞ-dakı erməni lobbisi 2020-ci ildə Ermənistan ordusunun Azərbaycana məğlub olunmasından sonra daha aqressiv addımlar atmağa başlayıb.

ABŞ Senatının ermənipərəst üzvləri olan, keçmişdə və hazırda korrupsiyada ittiham olunan Bob Menendez və Aleks Padiya tərəfindən 2023-cü maliyyə ili üzrə “Milli Müdafiə Səlahiyyət Qanunu” layihəsinə Azərbaycan əleyhinə 2 düzəliş, Nümayəndələr Palatasının ermənipərəst üzvləri olan, erməni əsilli Ceki Spiyer, Frank Paloun, Adam Şif və Toni Kardenas tərəfindən isə 5 düzəliş irəli sürülmüşdü.

Lakin ABŞ-Azərbaycan strateji tərəfdaşlığı və iki ölkə arasında inkişaf edən əlaqələrin önəm daşıması erməni lobbisinin səylərini nəticəsiz hala gətirib. Belə ki, Senatda irəli sürülmüş sözügedən düzəlişlərin və Nümayəndələr Palatasında irəli sürülmüş 5 düzəlişdən ikisinin (ABŞ-ın Azərbaycana yardımlarını qadağan edən 682 və 724 saylı düzəlişlərin) qəbulunun qarşısı alınıb, digər 3 düzəliş isə dekabrın 6-da Nümayəndələr Palatası və Senatın Silahlı Xidmətlər Komitəsinin üzvlərinin iştirak etdikləri konfransda qanun layihəsinin mətnindən çıxarılıb.

Bununla da, Azərbaycanın əleyhinə irəli sürülmüş düzəlişlərdən heç biri 2023-cü maliyyə ili üzrə ABŞ-ın “Milli Müdafiə Səlahiyyət Qanunu” layihəsinin yekun mətnində öz əksini tapmayıb.
Eyni zamanda, sənədin Senata aid hissəsində Senatın Xarici Əlaqələr Komitəsinin sədri Bob Menendez və senator Aleks Padiya tərəfindən irəli sürülmüş iki düzəliş də keçməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sükan arxasında görünməyən təhlükə: Bir neçə saniyəlik yuxu ölümə aparır

Sükan arxasında görünməyən təhlükə: Bir neçə saniyəlik yuxu ölümə aparır

Kamil Zeynallının mərakeşli qadınla rəqsi gündəm oldu – VİDEO

Kamil Zeynallının mərakeşli qadınla rəqsi gündəm oldu – VİDEO

Pul problemlərini tezliklə unudacaq BÜRCLƏR

Pul problemlərini tezliklə unudacaq BÜRCLƏR

Heydər Əliyev Mərkəzi Slovakiya bayrağına büründü

Heydər Əliyev Mərkəzi Slovakiya bayrağına büründü

Avtomobil bazarında yeni dövr: rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO

Avtomobil bazarında yeni dövr: rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO

Lökbatanda avtobus yandı – VİDEO

Lökbatanda avtobus yandı – VİDEO

"Volkswagen"in 50 minədək iş yeri LƏĞV EDİLƏCƏK

"Volkswagen"in 50 minədək iş yeri LƏĞV EDİLƏCƏK

SEPAH qlobal yanacaq ixracını dayandırmaqla HƏDƏLƏDİ

SEPAH qlobal yanacaq ixracını dayandırmaqla HƏDƏLƏDİ

Elariz paylaşdı: ABŞ-da azərbaycanlı toyu belə olur – VİDEO

Elariz paylaşdı: ABŞ-da azərbaycanlı toyu belə olur – VİDEO

Odessada azərbaycanlıların olduğu gəmi VURULDU - RƏSMİ

Odessada azərbaycanlıların olduğu gəmi VURULDU - RƏSMİ

III "Zülfüqar Hüseynzadə mükafatı" müsabiqəsi elan edilir

III "Zülfüqar Hüseynzadə mükafatı" müsabiqəsi elan edilir

“Yox” deməyi bacarmayan 5 BÜRC

“Yox” deməyi bacarmayan 5 BÜRC

ABŞ Hərbi Hava Qüvvələri İrana aviazərbələr endirir

ABŞ Hərbi Hava Qüvvələri İrana aviazərbələr endirir

Mbappe Fransa futbol tarixinə düşdü

Mbappe Fransa futbol tarixinə düşdü

Bakının üç rayonunda işıqlar sönəcək

Bakının üç rayonunda işıqlar sönəcək

İslamda cənazəni neçə gün dəfn etməmək olar? – İlahiyyatçı açıqladı

İslamda cənazəni neçə gün dəfn etməmək olar? – İlahiyyatçı açıqladı

Azərbaycanda pensiya ödənişləri ilə bağlı VACİB AÇIQLAMA

Azərbaycanda pensiya ödənişləri ilə bağlı VACİB AÇIQLAMA

Arzum xəstəxanada 21 dəqiqə qalıb - Maşını aeroportdan götürülüb - FOTO

Arzum xəstəxanada 21 dəqiqə qalıb - Maşını aeroportdan götürülüb - FOTO

Tramp: “Ordunu çıxaracağıq, amma çoxlu neft götürəcəyik”

Tramp: “Ordunu çıxaracağıq, amma çoxlu neft götürəcəyik”

Türkiyədə 4,2 bal gücündə ZƏLZƏLƏ OLDU

Türkiyədə 4,2 bal gücündə ZƏLZƏLƏ OLDU

ABŞ ordusu İrana zərbələr endirməyi bərpa edib - KİV

ABŞ ordusu İrana zərbələr endirməyi bərpa edib - KİV

"İndi də həyat zülmdür, asan heç nə yoxdur" — Mirkamil

"İndi də həyat zülmdür, asan heç nə yoxdur" — Mirkamil

Ən tez satılan mənzillər bunlardır — Açıqlama

Ən tez satılan mənzillər bunlardır — Açıqlama

İran ABŞ-nin Bəhreyndəki hərbi bazasını VURDU

İran ABŞ-nin Bəhreyndəki hərbi bazasını VURDU

End of content

No more pages to load

RADİO