Avropa İttifaqı (Aİ) Şurası 2023-cü ildə Ukrayna ilə bağlı yeni pul tranşı ilə bağlı qərar verib.
Bizim.Media xəbər verir ki, bu barədə Aİ Şurası bəyanat yayıb.
Qərara əsasən, Ukraynaya 18 milyard avro məbləğində makromaliyyə yardımın göstərilməsi təsdiqlənib.
“Şura Aİ-nin 2023-cü il ərzində Ukraynaya 18 milyard avro məbləğində maliyyə yardımı göstərməsinə imkan verəcək qanunvericilik paketi üzrə razılığa gəlib”, - deyə bəyanatda qeyd edilib.
Bildirilib ki, 18 milyard avroluq kredit 10 illik güzəştli şərtlərlə təqdim olunur.
Bizim.Media