Çexiyanın Libştat qəsəbəsində dəhşətli yanğın hadisəsi baş verib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, hadisə qəsəbədəki qocalar və əlillər üçün pansionatda qeydə alınıb.
Yanğın nəticəsində 1 nəfər həlak olub, binadan 46 nəfər təhlükəsiz əraziyə təxliyə edilib.
Təxliyə edilən şəxslər tibbi müayinədən keçdikdən sonra müvəqqəti olaraq Libştatdakı məktəbin binasında yerləşdiriləcəklər. Onlardan bəzilərinin xəstəxanaya göndərilməsinin lazım olub-olmadığını həkimlər müəyyən edəcək.
Yanğının səbəbi araşdırılır.
Bizim.Media