Avstraliyada təbii qaz gələn il bahalaşa bilər.
Bizim.Media xəbər verir ki, bu barədə “Bloomberg” ölkənin energetika naziri Kris Bouenə istinadən məlumat yayıb.
Bildirilib ki, Avstraliyada qazın qiymətinin məişət təsərrüfatı və sənaye müəssisələri üçün artırılma ehtimalı var.
Nazirin sözlərinə görə, yanacaq xərclərinin artımı 2022-ci ilin göstəriciləri ilə müqayisədə 36% çox ola bilər.
K.Bouen qeyd edib ki, hökumət bu qiymət artımına müdaxilə etməlidir.
Bizim.Media