ABŞ-ın dövlət katibi Entoni Blinken dünən İranda kütləvi etirazlara qatıldığı üçün həyatına son qoyulan Mohsen Şekari haqqında paylaşım edib.
Bizim.Media "Azad İran" teleqram kanalına istinadən xəbər verir ki, gəncin dar ağacından asılmasına münasibət bildirən Entoni Blinken şəxsi tviter səhifəsində yazıb:
“Biz Mohsen Şekarinin edam olunmasından dəhşətə gəldik”.
“İran rəhbərliyinə mesajımız aydındır: bu qəddar repressiyaya son qoyulsun. Biz İran rejimini məsuliyyətə cəlb etməyə çalışmağa davam edəcəyik”,- deyə o, əlavə edib.
Bizim.Media
