İngiltərənin makiyajsız gözəli: “Bakı mənim ürəyimdir” - VİDEO

“Azərbaycan mədəniyyətini, yemək və ənənələrini sevirəm”.

Bizim.Media xəbər verir ki, bunu “BBC Azərbaycanca”ya İngiltərənin Azərbaycan əsilli makiyajsız gözəli kimi tanınan Melisa Rauf deyib. 

O, müsahibəsində Azərbaycanı çox sevdiyini vurğulayıb. Və müsahibə boyu azərbaycanca bir neçə dəfə danışıb, sualları doğma dilində dinləyib. 

O qeyd edib ki, anası azərbaycanlı, atası İran azərbaycanlısıdır. Melisa jurnalistin “Özünüzü daha çox hara aid edirsiniz?” sualına: “Mən bütün bunların qarışığıyam, mədəniyyətlər qarışığı var...” - deyə cavab verib.
“Atamdakı İran və azərbaycanlı qarışığını sevirəm. Ancaq əlbəttə ki, mən burada böyümüşəm. Mən bunların hamısını sevirəm. Hər şeyin yaxşısını götürürəm. Yəqin ki, qarışıq ailədən olmağın üstünlüyü budur”, - Melisa əlavə edib. 

Melisa Rauf eyni zamanda gözəllik müsabiqəsində iştirakına dair verilən reaksiyadan da danışıb:

“Xəbər yayılandan sonra İran və Azərbaycandan çoxlu qadınlar mənə yazırdılar ki, “çox sağ ol, səninlə fəxr edirik”. Çoxlu dəstək, müsbət münasibət gördüm. Bu məni qürurlandırır ki, mənim köklərimin olduğu ölkələrdən olan qadınlar mənimlə fəxr edir, mənə dəstək olurlar”.

Müsahibəsində o, həmçinin qeyd edib ki, kiçik yaşlarından anası, ailəsi ilə Azərbaycana səfərə gəlir:

“Nənəmə baş çəkirəm. Nənə-babamı görürəm. Qohumlarımla görüşürəm. Anam əslən Şəmkirdəndir. Orada çoxlu qohumlarım var. Bakını çox sevirəm. Bakı mənim ürəyimdir. Olduğum ən gözəl yerlərdən biridir”. 
İranda baş verənlərə münasibət bildirən İngiltərə gözəli xüsusilə qadınları dəstəklədiyini vurğulayıb:

“İranda və bütün dünyada qadınlar azad seçim və özlərini ifadə etmək istəyi ilə etirazlar edirlər. Heç bir qadın özünü necə təqdim etməsi ilə bağlı mühakimə edilməməlidir və ya hücumlara məruz qalmamalıdır. Dünyada bu mərd qadınların seçim ideyası uğrunda həyatlarını riskə atmaları heyrətamizdir. Onlarla fəxr edirəm”.

Qeyd edək ki, Melisa Rauf  “Miss İngiltərə” gözəllik müsabiqəsinə qatılıb. Yarımfinalda “Face Top Model” nominasiyasının qalibi olub. Kollec tələbəsi olan 20 yaşlı Melisa “Miss İngiltərə”nin 94 illik tarixində makiyajsız yarışan ilk iştirakçıdır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Məhbus sayına görə ölkələrin reytinqi: Azərbaycan neçəncidir?

Məhbus sayına görə ölkələrin reytinqi: Azərbaycan neçəncidir?

Sükan arxasında görünməyən təhlükə: Bir neçə saniyəlik yuxu ölümə aparır

Sükan arxasında görünməyən təhlükə: Bir neçə saniyəlik yuxu ölümə aparır

Kamil Zeynallının mərakeşli qadınla rəqsi gündəm oldu – VİDEO

Kamil Zeynallının mərakeşli qadınla rəqsi gündəm oldu – VİDEO

Pul problemlərini tezliklə unudacaq BÜRCLƏR

Pul problemlərini tezliklə unudacaq BÜRCLƏR

Heydər Əliyev Mərkəzi Slovakiya bayrağına büründü

Heydər Əliyev Mərkəzi Slovakiya bayrağına büründü

Avtomobil bazarında yeni dövr: rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO

Avtomobil bazarında yeni dövr: rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO

Lökbatanda avtobus yandı – VİDEO

Lökbatanda avtobus yandı – VİDEO

"Volkswagen"in 50 minədək iş yeri LƏĞV EDİLƏCƏK

"Volkswagen"in 50 minədək iş yeri LƏĞV EDİLƏCƏK

SEPAH qlobal yanacaq ixracını dayandırmaqla HƏDƏLƏDİ

SEPAH qlobal yanacaq ixracını dayandırmaqla HƏDƏLƏDİ

Elariz paylaşdı: ABŞ-da azərbaycanlı toyu belə olur – VİDEO

Elariz paylaşdı: ABŞ-da azərbaycanlı toyu belə olur – VİDEO

Odessada azərbaycanlıların olduğu gəmi VURULDU - RƏSMİ

Odessada azərbaycanlıların olduğu gəmi VURULDU - RƏSMİ

III "Zülfüqar Hüseynzadə mükafatı" müsabiqəsi elan edilir

III "Zülfüqar Hüseynzadə mükafatı" müsabiqəsi elan edilir

“Yox” deməyi bacarmayan 5 BÜRC

“Yox” deməyi bacarmayan 5 BÜRC

ABŞ Hərbi Hava Qüvvələri İrana aviazərbələr endirir

ABŞ Hərbi Hava Qüvvələri İrana aviazərbələr endirir

Mbappe Fransa futbol tarixinə düşdü

Mbappe Fransa futbol tarixinə düşdü

Bakının üç rayonunda işıqlar sönəcək

Bakının üç rayonunda işıqlar sönəcək

İslamda cənazəni neçə gün dəfn etməmək olar? – İlahiyyatçı açıqladı

İslamda cənazəni neçə gün dəfn etməmək olar? – İlahiyyatçı açıqladı

Azərbaycanda pensiya ödənişləri ilə bağlı VACİB AÇIQLAMA

Azərbaycanda pensiya ödənişləri ilə bağlı VACİB AÇIQLAMA

Arzum xəstəxanada 21 dəqiqə qalıb - Maşını aeroportdan götürülüb - FOTO

Arzum xəstəxanada 21 dəqiqə qalıb - Maşını aeroportdan götürülüb - FOTO

Tramp: “Ordunu çıxaracağıq, amma çoxlu neft götürəcəyik”

Tramp: “Ordunu çıxaracağıq, amma çoxlu neft götürəcəyik”

Türkiyədə 4,2 bal gücündə ZƏLZƏLƏ OLDU

Türkiyədə 4,2 bal gücündə ZƏLZƏLƏ OLDU

ABŞ ordusu İrana zərbələr endirməyi bərpa edib - KİV

ABŞ ordusu İrana zərbələr endirməyi bərpa edib - KİV

"İndi də həyat zülmdür, asan heç nə yoxdur" — Mirkamil

"İndi də həyat zülmdür, asan heç nə yoxdur" — Mirkamil

Ən tez satılan mənzillər bunlardır — Açıqlama

Ən tez satılan mənzillər bunlardır — Açıqlama

End of content

No more pages to load

RADİO