Peru Prezidenti parlamentin buraxıldığını açıqlayaraq, ölkədə fövqəladə vəziyyət elan edib.
Bizim.Media “TASS”a istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Pedro Kastilyo xalqa müraciəti zamanı bildirib.
O, hüquqi demokratik dövləti bərpa etmək üçün fövqəladə hökumətin yaradılması barədə qərar qəbul olunduğunu açıqlayıb:
“Bununla əlaqədar qəbul edilən qərarlara əsasən, hökumət və parlament müvəqqəti olaraq buraxılsın, fövqəladə hökumət yaradılsın, yeni Konstitusiyanın 9 aydan gec olmayaraq qəbul edilməsi məqsədilə mümkün qədər qısa müddət ərzində Konqresdə yeni seçkilər keçirilsin”.
Peru rəhbəri bildirib ki, dekabrın 7-dən etibarən ölkədə komendant saatı tətbiq edilib.
Bizim.Media