Ukrayna məhkəməsi Azərbaycan vətəndaşı Misir Qasımlı və onun dostu Sübhan Quliyevə hökm oxuyub.
Bizim.Media xəbər verir ki, onlar adam oğurluğu, xuliqanlıq və silah saxlamaqda təqsirləndirilərək 8 il azadlıqdan məhrum ediliblər.
Xatırladaq ki, azərbaycanlılar Kiyevdə erməni əsilli İspaniya və Britaniya vətəndaşı olan iş adamının şikayəti əsasında saxlanılmışdı. Təsirləndirilən şəxsin sözlərinə görə, sözügedən şəxs onu döyməkdə şərləyib.
Bizim.Media