“ABŞ Kiyevin Rusiya ərazisinə zərbə endirməsini dəstəkləmir, lakin Ukraynaya “özünü qorumaq üçün lazım olan” hərbi yardımı verəcək”.
Bizim.Media xəbər verir ki, bu fikirləri dövlət katibi Entoni Blinken səsləndirib.
O vurğulayıb ki, ABŞ və onun tərəfdaşları Ukraynanı öz ərazisini qorumaq üçün lazımi avadanlıqla təmin etməkdə qərarlıdırlar.
Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi məlumat verib ki, rəsmi Kiyev dekabrın 5-də səhər saatlarında Rusiyanın Ryazan vilayətindəki Diaqilevo və Saratov vilayətindəki Engels hərbi aerodromlarına sovet istehsalı olan reaktiv pilotsuz təyyarələrlə zərbələr endirib. Məqsəd uzaqmənzilli təyyarələrin sıradan çıxarılması olub.
Bizim.Media