Çin ABŞ-nı neft və taxıl qaçaqmalçılığında ittiham edib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı Çin Xarici İşlər Nazirliyi məlumat verib.
Məlumata görə, ABŞ Suriyadan qaçaqmalçılıq yolu ilə neft və taxıl daşıyıb. Nazirlik bunun 100 milyard dollardan çox resurs itkisi ilə nəticələndiyini iddia edib.
Həmçinin iddia edilib ki, ABŞ ordusu dekabrın 1-də Suriyanın şimalından 54 neft yüklü tankeri Şimali İraqdakı bazalarına köçürüb.
Bizim.Media