Ukraynanın Odessa şəhərində naməlum şəxs tərəfindən partlayış törədilib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukraynaya məxsus teleqram kanalları məlumat yayıb.
Bildirilib ki, axşam saatlarında naməlum şəxs polis tərəfindən təqib olunub. Polislər həmin şəxsi saxlamaq istəyərkən, o, əlindəki qumbaranı partladıb.
İlkin məlumata görə, hadisə nəticəsində ətrafdakı insanlar xəsarət alıb. Yaralıların sayı və hadisənin səbəbi hələ ki, açıqlanmayıb.
Bizim.Media