Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Polşanın Lodz şəhərində keçirilən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 29-cu iclasında iştirakı çərçivəsində Rumıniyanın xarici işlər naziri Boqdan Auresku ilə görüşüb.
Bizim.Media xəbər verir ki, görüşdı iki ölkə arasında ikitərəfli strateji tərəfdaşlığının prioritet istiqamətlərini müzakirə edib. Görüşdə energetika, nəqliyyat, tranzit, iqtisadi-ticarət və s. istiqamətlərdə, habelə çoxtərəfli platformalarda əməkdaşlıq məsələləri ətraflı müzakirə edilib.
Ölkələrimiz arasında artan yüksək səviyyəli səfərlər və siyasi dialoqdan məmnunluq ifadə olunub.
Ceyhun Bayramov, həmkarına post-münaqişə dövründə bölgədə cari vəziyyət, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi, habelə sülh sazişinin hazırlanması istiqamətində Azərbaycan tərəfindən atılan addımlar barədə məlumat verib. Nazir, mövcud mina təhlükəsini, bunun yaratdığı ciddi humanitar fəsadları diqqətə çatdırıb.
Bizim.Media