“Asus” şirkəti dünyanın ən yüngül noutbukunu təqdim edib.
Bizim.Media xəbər verir ki, yenilik “Asus ExpertBook B9” adlanır. Sözügedən noutbuk artıq ABŞ bazarında satışa çıxarılıb. Korpusu maqnezium ərintisindən hazırlanmış bu noutbukun çəkisi cəmi 880 qram təşkil edir. Cihaz 14 düymlük Full HD displey, 16 GB və ya 32 GB operativ yaddaş, 1 TB və ya 2 TB SSD ilə təchiz edilib. Korpusun konstruksiyası ekranı 180 dərəcə əyməyə imkan verir.
Yeniliyin digər üstünlüklərindən biri iş müddətinin 16 saat olmasıdır. Bu isə digələrindən müddətin uzun olmasına görə seçilir.
Bizim.Media