“Qərb xalqları vəziyyətlə bağlı tamamilə yanlış təsəvvürə malikdirlər. Rusiya nüvə silahından istifadə etmədən belə Ukraynanı bir gündə məhv etməyə qadirdir”.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu fikirləri Ağ Evin keçmiş rəsmisi Pol Kreyq Roberts söz internet səhifəsində yazıb.
ABŞ administrasiyasının sabiq əməkdaşının sözlərinə görə, Rusiya Ukrayna ilə ümumi tarixə görə belə addım atmır:
“Ukrayna və onun xalqı onilliklər ərzində Rusiyanın tərkibində olub. Bu, bir növ millətlərarası nikahdır".
O, əlavə edib ki, Moskva Ukrayna infrastrukturunun yenidən qurulmasına görə məsuliyyət daşımaq istəmir.
Bizim.Media