ABŞ-ın Federal Rabitə Komissiyası Çində istehsal olunan bəzi telekommunikasiya avadanlığının ölkəyə gətirilməsini və satışını qadağan edib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, qadağa tətəbiq edilən avadanlıq və xidmətlərin siyahısına hazırda “Huawei Technologies”, “ZTE Corporation”, “Hytera Communications”, “Hangzhou Hikvision Digital Technology”, “Dahua Technology” və onların törəmə və filialları tərəfindən istehsal olunan rabitə məhsulları daxildir.
Qeyd olunub ki, bu avadanlıqlar ABŞ-ın milli təhlükəsizliyi üçün qəbuledilməz risk yaradır.
Bizim.Media