Rusiyanın Krasnodar vilayəti Krımsk şəhərində terror aktı törədilib.
Bizim.Media “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Krasnodar prokurorluğu məlumat yayıb.
Bildirilib ki, Krımsk şəhərində yerləşən "Slavyanski" ticarət mərkəzinin yaxınlığında naməlum şəxs ətrafa odlu silahla atəş açıb.
İlkin məlumata görə, hadisə nəticəsində 4 nəfər həlak olub.
Faktla bağlı rayon prokurorluğu araşdırma aparır.
Bizim.Media