Ukrayna prezidenti Volodimir Zelenskinin ofisinin saytında Rusiyanın adının Moskvaya dəyişdirilməsi üçün petisiya yayılıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “RİA Novosti” agentliyi yayıb.
Petisiyada, həmçinin “rus” idafəsini “Moskva”, “Rusiya Federasiyası” ifadəsinin isə “Moskva Federasiyası” ilə əvəz etmək təklif olunur.
Petisiya noyabrın 23-də təqdim edilib, o, Ukrayna prezidentinin ona baxması üçün zəruri olan 25 mindən iki dəfə səs toplayıb.
Bundan əvvəl Zelenskinin saytında rusların Ukraynaya girişinə yüz il qadağa qoyulması ilə bağlı petisiya dərc edilmişdi.
Bizim.Media