Bu səhər İstanbul yaxınlığında baş verən zəlzələ nəticəsində 93 nəfər xəsarət alıb.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu özünün "Twitter" səhifəsində Türkiyənin səhiyyə naziri Fahrettin Koca yazıb.
Nazir yaralılar və hadisə barədə son məlumatları çatıdırıb:
"Son məlumatlara görə, episentri Düzcədə olan zəlzələ nəticəsində xəsarət alanların sayı 93 nəfərdir. 37 yaralı, onlardan birinin vəziyyəti ağır - Düzcədə; İstanbulda - 2, Boluda - 14, Zonquldağda - 10, Sakaryada - 26 və Bursada - 4. 17 nəfərin xəstəxanalarda müalicəsi davam edir".
Qeyd edək ki, çərşənbə günü səhər İstanbul yaxınlığındakı Mərmərə dənizi bölgəsində 5,9 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Düzce vilayətində, ocağı isə 6,8 km dərinlikdə yerləşib.
Bizim.Media