Belarus Prezidenti Aleksandr Lukaşenko Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitindən Rusiyanın və Vladimir Putinin ünvanına təriflər söyləyib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Belarus lideri KTMT-nin gələcəyini Rusiyada gördüyünü bildirib.
“KTMT-nin gələcəyi Rusiyanın Ukraynada keçirdiyi “xüsusi əməliyyat”ın uğurundan asılıdır.
Son vaxtlar mətbuatda KTMT-nin gələcəyi ilə bağlı tezislərə çox rast gəlirəm. Rusiya qalib gəlsə, KTMT yaşayacaq. Allah eləməsin, qalib gəlməsə, KTMT mövcud olmayacaq. Əgər Rusiya çökərsə, o zaman bizim yerimiz onun qalıqları altında olacaq”.
Bizim.Media