Bu gün BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə təcili iclası keçiriləcək.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi məlumat verib.
İclasın noyabrın 24-də, Bakı vaxtı ilə gecə saat 01.00-da başlancağı ehtimal edilir.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski noyabrın 23-də BMT-dəki daimi nümayəndəsinə Rusiyanın irimiqyaslı raket zərbələri ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının çağırılması üçün sorğu göndərməyi tapşırıb.
Bizim.Media