Ukrayna Ordusu tərəfindən Rusiyanın atdığı 70 qanadlı raketdən 51-i və 5 kamikadze dronu vurulub.
Bizim.Media Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri məlumat yayıb.
Məlumata görə, raketlər Rostov vilayətinin Volqodonsk şəhərindən və Xəzər dənizindən 10 ədəd “Tu-95MS” təyyarəsi, həmçinin Qara dənizdən 2 kiçik raket kateri vasitəsilə atılıb.
Ukraynanın cənubunda isə 5 ədəd “Lancet” PUA-sı zərərsizləşdirilib.
Bizim.Media