“Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutu çərçivəsində yükdaşımaların həcminin artırılması məsələsini nəzərdən keçirmək lazımdır”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı bu gün “Üfüqdə fürsətlər: Qadın sahibkarlara yaşıl işıq” Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsinin həcmini 15 milyard dollaradək çatdırmaq planlaşdırılır.
Səfir qeyd edib ki, son dörd il ərzində ticarət dövriyyəsi 3,6 milyarddan 5,2 milyard dollaradək artıb.
C.Bağcı deyib ki, bu gün iki ölkə arasında ticarət əsasən neft və qazı əhatə edir.
"Tarixi İpək yolunun kəsişməsində yerləşən Azərbaycan böyük imkanlara malikdir. Azərbaycanın iqtisadiyyatının ciddi inkişaf potensialı var", - deyə o bildirib.
Bizim.Media