Putinin gözlənilməz ZƏNGİ – Qarabağda gərginlik artır, Zəngəzur məsələsi isə...

Xəbər verdiyimiz kimi, dünən Prezident İlham Əliyevlə rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı baş tutub. Aparılan müzakirələrdə Rusiya, Azərbaycan, Ermənistan liderləri arasında oktyabrın 31-də Soçidə əldə olunmuş razılaşmaların, ölkənin yüksək səviyyədə əvvəlki birgə bəyanatlarının praktiki olaraq icrası məsələləri nəzərdən keçirilib. 

Lakin son günlər Qarabağ və Ermənistan-Azərbaycan sərhədində ordumuza yönələn təxribatların münətəzəm xarakter alması, eləcə də bu gün İrəvanda baş tutacaq KTMT iclası fonunda prezidentlərin telefon danışığı daha çox diqqət çəkib.

Bəs, baş verənlər fonunda prezidentlərin telefon danışığı nə vəd edir? 

Sualı Bizim.Media üçün cavablandıran politoloq Tural İsmayılovun fikrincə, telefon danışığında KTMT iclası çərçivəsində Rusiya rəhbərliyinin Ermənistana səfər məsələsi müzakirə edilib:
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev və Putin Soçi bəyanatını MÜZAKİRƏ EDİB  


“Rusiya yaxşı fərqindədir ki, Putindən əlavə, Lavrov və Patruşev kimi yüksək ranqlı dövlət rəsmilərinin İrəvana səfəri Azərbaycan cəmiyyətində qıcıq yarada bilər. Bu baxımdan, iki ölkə lideri arasında danışıqlarda KTMT-lə bağlı dəqiqləşdirmələr aparılıb.

Bununla yanaşı, sərhədlərin delimitiasiya və demarkasiyası, o cümlədən Soçi görüşündən sonra əldə olunan müddəaların hansı zaman kəsiyində yerinə yetirilməsi məsələləri də müzakirə edilib. Bu baxımdan, Putinlə Cənab Prezident arasındakı danışıqlar Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyi ilə bağlı mühüm yeniliklərə səbəb ola bilər.

Eyni zamanda Rusiya Baş naziri Mişustinin ötən həftə Bakıya səfəri zamanı iqtisadi, ticarət əlaqələri müzakirə predmeti olmuşdu. Düşünürəm ki, iki ölkə prezidentinin danışığında bu məsələlər ətrafında da fikir mübadiləsi aparılıb”.

Tural İsmayılov Qarabağda artan gərginliyə də diqqət çəkib:

“Özəlliklə, KTMT-nin İrəvandakı iclasında öncə Ermənistan qəsdən cəbhədə vəziyyəti gərginləşdirməklə, Azərbaycanı ittiham etməyə, KTMT-də Azərbaycan əlehinə fikirlərin səsləndirilməsinə nail olmağa çalışır. Zənnimcə, Rusiya da Ermənistan hakimiyyətinin bu hiyləgər gedişlərinin fərqindədir. Bu fonda liderlərin danışığında sözügedən gərginliyin də müzakirə olunduğunu düşünürəm. 

İstənilən halda, Rusiya Ermənistana Soçidə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi üçün daha ciddi təzyiqlər etməlidir. Bu edilməyəcəyi təqdirdə, Ermənistanın təxribatları davam edəcək. Nəticədə Cənubi Qafqazda sabitliyə qarşı təhdid davam edəcək. Bu isə regional layihələrin reallaşdırılmasının ləngiməsinə səbəb olacaq. Vəziyyətin qeyd olunan formada cərəyan etməsi isə Rusiyanın hazırki dövrdəki iqtisadi maraqlarına əsla cavab vermir”.

Murad Əhmədov, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda və rayonlarda külək güclənəcək – XƏBƏRDARLIQ

Bakıda və rayonlarda külək güclənəcək – XƏBƏRDARLIQ

Zelenski: Əsas məqsədimiz benzinsiz Rusiya deyil, Rusiyasız Ukraynadır

Zelenski: Əsas məqsədimiz benzinsiz Rusiya deyil, Rusiyasız Ukraynadır

Hikmət Hacıyev: “Şuşa mədəniyyət və ilham şəhəridir” – VİDEO

Hikmət Hacıyev: “Şuşa mədəniyyət və ilham şəhəridir” – VİDEO

Haluk Leventdən səs-küylü etiraflar

Haluk Leventdən səs-küylü etiraflar

DSMF I yarımildə 1,1 milyard manatdan artıq vəsait ödəyib

DSMF I yarımildə 1,1 milyard manatdan artıq vəsait ödəyib

Bu vəzifəli şəxslər xüsusi dövlət rabitəsi ilə təmin olundu – FƏRMAN

Bu vəzifəli şəxslər xüsusi dövlət rabitəsi ilə təmin olundu – FƏRMAN

Tramp: “Putin sülh sazişi bağlamağa hazırdır” – VİDEO

Tramp: “Putin sülh sazişi bağlamağa hazırdır” – VİDEO

Gəncədə gənc oğlan bıçaqlandı

Gəncədə gənc oğlan bıçaqlandı

Azərbayvan Slovakiya ilə anlaşma memorandumu imzaladı

Azərbayvan Slovakiya ilə anlaşma memorandumu imzaladı

Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimat mərasimi keçirildi – FOTO

Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimat mərasimi keçirildi – FOTO

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırıldı – FƏRMAN

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırıldı – FƏRMAN

İctimai təhlükə törətməyən aşkar cinayət üzrə məlumata baxılma müddəti artırıldı

İctimai təhlükə törətməyən aşkar cinayət üzrə məlumata baxılma müddəti artırıldı

Leysan yağacaq, dolu düşəcək – BU TARİXLƏRDƏ

Leysan yağacaq, dolu düşəcək – BU TARİXLƏRDƏ

Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair Milli Fəaliyyət Planı təsdiqləndi

Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair Milli Fəaliyyət Planı təsdiqləndi

Rusiyada yanacaqdoldurma məntəqəsində atışma oldu

Rusiyada yanacaqdoldurma məntəqəsində atışma oldu

Ermənistan sabah TRIPP üzrə çərçivə sazişini təsdiqləyəcək

Ermənistan sabah TRIPP üzrə çərçivə sazişini təsdiqləyəcək

Tehranda Trampın nəhəng plakatı yerləşdirildi

Tehranda Trampın nəhəng plakatı yerləşdirildi

Amerikada yarımfinal, Şuşada final matçı - Uduzan Fransadır

Amerikada yarımfinal, Şuşada final matçı - Uduzan Fransadır

Əhaliyə XƏBƏRDARLIQ: Hava kəskin dəyişir: İntensiv yağış, sel, şimşək...

Əhaliyə XƏBƏRDARLIQ: Hava kəskin dəyişir: İntensiv yağış, sel, şimşək...

Trampın təsviri olan 1 dollarlıq qızıl sikkə buraxılır – FOTO

Trampın təsviri olan 1 dollarlıq qızıl sikkə buraxılır – FOTO

Odessa yaxınlığındakı gəmidə dron hücumuna məruz qalmış soydaşımızdan AÇIQLAMA

Odessa yaxınlığındakı gəmidə dron hücumuna məruz qalmış soydaşımızdan AÇIQLAMA

Azərbaycan XİN-dən vətəndaşlara ÇAĞIRIŞ: “Həmin ərazilərdə işləməyin!”

Azərbaycan XİN-dən vətəndaşlara ÇAĞIRIŞ: “Həmin ərazilərdə işləməyin!”

Bakının çağırışları fonunda UNESCO-nun SÜKUTU - Qarabağın dağıdılmış tarixi irsi niyə araşdırılmır? – VİDEO

Bakının çağırışları fonunda UNESCO-nun SÜKUTU - Qarabağın dağıdılmış tarixi irsi niyə araşdırılmır? – VİDEO

Bir vəkil kollegiyadan xaric edildi – SƏBƏB

Bir vəkil kollegiyadan xaric edildi – SƏBƏB

End of content

No more pages to load

RADİO