Qazaxıstanda keçirilən prezident seçkilərində hazırkı Prezident Kasım-Jomart Tokayev 82,45 faiz səslə qalib gəlir.
Bizim.Media xəbər verir ki, bu barədə “Açıq Cəmiyyət” Beynəlxalq Regional Araşdırmalar İnstitutunun ekzitpol nəticələrindən məlum olub.
Ekzitpol göstəricilərinə əsasən, digər namizədlər - Karakat Abden 2,54, Nurlan Auesbayev 2,17, Jiquli Dayrabayev 3,33, Meyram Kajıken 2,23, Saltanat Tursınbekova 2,08 faiz səs toplayıb.
5,2 faiz seçici isə hamıya qarşı olub.
Bizim.Media