Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi Zaporojye AES-in təhlükəsizliyini təmin etmək üçün Ukrayna və Rusiyaya səfər etməyi planlaşdırır.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Agentliyin rəhbəri özü məlumat verib.
“AEBA şənbə və bazar günləri atəşə tutulması nəticəsində Zaporojye AES-ə dəyən zərəri qiymətləndirir”, - baş direktor vurğulayıb.
Agentlik rəhbəri bildirib ki, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə söhbətlərində Zaporojye AES-in qorunmasının zəruriliyindən danışıb.
Bizim.Media