Latam Hava Yollarına məxsus sərnişin təyyarəsi Perunun paytaxtı Limanın Xorxe Çaves Beynəlxalq Hava Limanında havaya qalxmağa hazırlaşan zaman zolağın kənarındakı yük maşınına çırpılıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Anadolu agentliyi yayıb.
Mənbə yazır ki, qəza nəticəsində 2 yanğınsöndürən ölüb. Əraziyə çoxlu sayda yanğınsöndürən və xilasetmə qrupları göndərilib.
Sosial mediada əks olunan görüntülərdə qəzadan sonra təyyarənin mühərrikindən tüstü qalxıb.
Səlahiyyətlilər təyyarədə neçə sərnişinin olduğu və qəzanın təsirindən neçə nəfərin yaralandığı barədə məlumat verməyib.
Bizim.Media